Ərzaqlar:


Xəmir üçün:

4 st un

1 ç.q duz

1 ədəd yumurta

Su aparanadək

Yuxaları yaymaq üçün əlavə un

Üstü üçün:

5-6 ədəd baş soğan

Duz

2 x.q əridilmiş kərə yağı

Qurut

Zövqə görə qurutə sarımsaq tökə bilərsiniz.

Yuxaları bişirmək üçün:

Su

Duz

Hazırlanması:

Xəmiri hazırlamaq üçün unu ələyib üstünə duz və yumurta töküb ilıq su ilə qarışdırıb yoğururuq. Normal xəmir olacaq. Xəmrin rənginin gözəl olmağını istəyirsinizsə az sarıkök əlavə edə bilərsiniz.

Xəmirdən kündələr düzəldirik.

Kündələri un səpib oxlovla nazik yayırıq.



Yayılmış yuxaları bıçaqla 5×5 sm ölçüdə kəsirik.

Soğanın qabığını soyub yuduqdan sonra yandan nazik doğrayırıq.

Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qovururuq.

Axşamdan az suya qoyulmuş yumşalmış qurutu çalırıq. Zövqə görə sarımsaq əzib tökürük.

Xingalı bişirmək üçün qazana su töküb qaynadırıq. Suya zövqə görə duz tökürük. Su qaynayanda kəsilmiş yuxaları tökürük.

Bişdikdə süzürük.

Qaba əvvəlcə qurutdən töküb yayırıq.

Sonra süzülmüş xəmirdən tökürük.

Xəmirin üstünə yenə qurutdən töküb yayırıq.

Üstünə soğan qovurması tökürük.

Hazır xingalı süfrəyə veririk. Xingalın yanında əlavə qurut və yağ qoyuruq.

Nuş olsun!

Comments

comments