Grip, virus səbəbiylə üst tənəffüs yollarının iltihablanmasıdır. Burunun axması, boğaz ağrısı, öskürmək, halsızlıq, yüksək tempratur və bədənin hər yerində ağrıların müşahidəsiylə özünü gösdərən qribi qısa vaxtda bədəndən atmaq üçün bəzi yeməklərdən istifadə edilməlidir. Vitamini və mineralı çox olan səbzə istifadə edilərək hazırlanan şorbalar xəstəlik zamanı bədənin tələb etdiyi su ehtiyacını da qarşılamağa sizə kömək edəcəkdir. Xəstəliyin şiddətləndiyi günlərdə çoxlu su, yeni sıxılmış meyvə şirələri və bitki çaylarından istifadə edə bilərsiniz.
QRİP ÜÇÜN ŞORBA TÖVSİYYƏSİ
Toyuq şorbasının hazırlanması
QRİBİN QARŞISINI ALMAQ ÜÇÜN YEMƏKLƏR
Qribin bədəndən tez çıxması üçün içində C vitamini olan qidalar və içəcəklərdən istifadə edilməsi tövsiyyə edilir. Aşağıda adı keçən qidalardan daha çox istifadə edərək qribi yüngül keçirə bilərsiniz.
Qaynadılmış balıq, toyuq suyu, təzə sıxılmış meyvə şirəsi, qaynadılmış toyuq, toyuq və tərəvəz şorbaları, portağal, mandalin, limonlu çay, zəncəfil çayı, itburnu çayı ve s.
Qrip olduğunuz müddətcə susuz qalmamağa çalışın. Su içərək və bitki çaylarından çox istifadə edərək bədəninizin su ehtiyacını qarşılaya bilərsiniz. İsti çay boğazınızın ağrısını və öskürəyinizi yüngülləşdirəcəkdir. Qripli dönəmlərdə quru yeməkləri həzm edərkən bədəniniz enerji itirəcəyi üçün belə yeməkləri az istifadə edin. Daha çox sulu yeməklərdən istifadə etməyə çalışın.
QRİP OLANDA HANSI QİDALARDAN İSTİFADƏ EDİLMƏMƏLİDİR.
Kalorisi az olan qidalar (cipslər, kola, şokolad…), alkoqol, qəhvə, qızartma, çox ədviyyatlı qidalar, burun tıxanmasını artıran süd və süd məhsulları, bədəni susuz qoyacaq çoxlu duz və duzlu yeməklər qrip dönəmində mümkün qədər istifadə edilməməlidir.