Ərzaqlar

200 q toyuğun döş əti

3 yumurta

2 ədəd kartof

2 ədəd yerkökü

1/2 st  qoz ləpəsi

1 ədəd alma

Duz

Mayonez

Hazırlanması

Suya duz töküb əti bişiririk. Soyuyandan sonra əlimizlə uzun liflərə ayırırıq.

Kartofu, yerkökünü və yumurtanı suda bişiririk. Soyuduqdan sonra qabığını təmizləyirik. Kartofu nazik uzun doğrayırıq.

Yumurtanı nazik uzun doğrayırıq.

Yerkökünü nazik uzun doğrayırıq..

Almanın qabığını soyub nazik uzun doğrayırıq.

Qozu sürtgəcin böyük gözündən keçiririk.

Düz boşqab götürürük. Boşqabı əvvəlcə az mayonezləyirik.

Kartofu əlavə edib duzlayıb mayonezləyirik.

Yerkökünü əlavə edib duzlayıb moyanezləyirik.

Toyuq ətini əlavə edib mayonezləyirik.

Almanı əlavə edib duzlayıb mayonezləyirik.

Yumurtanı əlavə edib duzlayıb mayonezləyirik.

Yumurtanın üstünə qozu səpirik.

Zövqə görə bəzəyirik.

Nuş olsun! 

Comments

comments