Ərzaqlar:

300 q toyuğun döş əti
100 q kərə yağı
100 q pendir
3 x.q duru yağ
50 q qoz ləpəsi
1 ədəd kök
2 diş sarımsaq
1 baş soğan
Duz
İstiot

Hazırlanması:

Kökü suda bişirib qabığını soyub halqa halqa doğrayırıq.
Pendiri sürtgəcdən keçiririk.

Toyuğun döş ətini suda bişiririk. Suyuna az duz tökürük. Bişəndə doğrayırıq.

Soğan və sarımsağın qabığını soyub yuduqdan sonra xıra doğrayıb, üstünə duz və duru yağı töküb qızılı rəngdə olanadək bişiririk.

Soğan hazır olanda kərə yağını, toyuğun döş ətini, qoz ləpəsini və kökü əlavə edirik. Zövqə görə duz və istiot səpib 5 dəqiqə qarışdırıb bişiririk.

Hazır olduqda ət maşınından keçiririk.

Zövqə görə duz və istiotuna bir daha baxıb lazımsa əlavə edirik.
Kalka kağızını sərib çəkilmiş ət qarışığını töküb əlimiz ilə rulet formasında düzəldirik. Əgər quru olsa əlavə kərə yağı tökə bilərsiniz.

Pendiri az-az üstünə töküb hər tərəfinə yapışdırırıq.

Kağızı büküb başlarını bərkidirik.

Hazır ruleti soyuducuya qoyuruq bərkiyir.
Yaxşı olar ki, axşamdan hazırlayıb sabah süfrəyə verəsiniz.
Hazır ruleti çıxarıb, halqa formada dilimləyib süfrəyə veririk.

Nuş olsun!

Comments

comments