Ərzaqlar:

300 q toyuğun döş əti
2 ədəd yumurta
2 baş soğan
3 x.q yağ
Duz
İstiot
Zövqə görə balaca dəstə şüyüd ya da cəfəri
Bağlamaq üçün göy soğan-25 ədəd

Hazırlanması:

Bilinçiki bişirmək üçün baxın:[url=http://resept.az/blincik-3-8539.html]Blinçik 3[/url]
Toyuğun döş ətini suda bişiririk. Suyuna az duz tökürük. Soyuduqdan sonra doğrayırıq.

Yumurtanı suda bişiririk. Sonra qabığını təmizləyib sürtgəcdən keçiririk. Şüyüdü təmizləyib yuyub, xırda doğrayıb yumurtanın üstünə əlavə edirik.

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayıb, üstünə duz və yağ töküb qızılı rəngdə olanadək bişiririk.

Soğan hazır olanda toyuğun döş ətini doğrayıb soğanın üstünə əlavə edirik.
Zövqə görə duz və istiot səpib 3-5 dəqiqə qarışdırıb götürürük.

Ət maşınından keçiririk.

Hamısını bir yerdə qarışdırırıq. Zövqə görə duz və istiotuna bir daha baxıb əlavə edirik.
İçlik hazırdır.

İçliyi bilinçiklərin içinə yığırıq.

Soğanla bağlayırıq.

Nuş olsun!

Comments

comments