Ərzaqlar:

4 ədəd yumurta
50q pendir
2 x.q mayonez
4-5 ədəd qoz ləpəsi
1 diş sarımsaq
Nar dənəsi
Cəfəri

Hazırlanması

Yumurtanı suda bişiririk. Sonra qabığını təmizləyib iki bölürük.
Sarısını dərin bir qaba tökürük.

Pendiri sürtgəcin xırda gözündən keçiririk. Sarımsağı əzib tökürük.

Sonra üstünə mayonezi töküb qarışdırırıq.

Qarışığı yumurtanın içinə yığırıq.

Üstünə qoz qırıntısı və nar tökürük.
Qabı cəfəri ilə bəzəyib yumurtanı yığırıq.

Nuş olsun!

Comments

comments