Ərzaqlar:
2 ədəd toyuğun döş əti
6 ədəd soğan
1/2 st qoz ləpəsi
2 ədəd kök
1 x.q söğanı qızartmaq üçün kərə yağı
3-4 x.q xama
Duz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra dörd bölüb nazik doğrayırıq.
Doğranmış soğanın üstünə duz və kərə yağı əlavə edib qızılı rəngdə olana qədər qovururuq.
Qozu bıçaqla doğrayırıq.
Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra uzun liflərə ayırırıq.
Kökü suda bişirdikdən sonra qabığını təmizləyib sürtgəcin böyük gözündən keçiririk.(Kökü cox bişirməyin)
Bütün ərzaqları duz və istiot töküb qarışdırırıq.
Xamalayırıq.
Zövqə görə bəzəyirik.
Nuş olsun!