Ərzaqlar:
1 ədəd orta çuğundur
2 x.q mayonez
1/2 st qoz
1 diş sarımsaq
Duz
Hazırlanması:
Suda bişmiş çuğunduru sürtgəcin iri gözündən, sarımsağı isə xırda gözündən keçiririk.
Qozu sürtgəcin iri gözündən keçiririk.
Çuğunduru, sarımsağı və qozu qarışdırırıq.
Mayonez və duz əlavə edib yenidən qarışdırırıq.
Salatı zövqə görə bəzəyirik.
Nuş olsun!