Ərzaqlar:

125 q kərə yağı
1/2 st duru yağ
1/2 st qatıq
2 ədəd yumurta(1 ədəd yumurtanın sarısı üzünə)
1 ç.q duz (dolu yox)
1 paket qabartma tozu
3,5 st un
İçi üçün:
200-250 q bişmiş qıymə(ət, soğan, duz, istiot və yağ ilə bişirilmiş)
Üzü üçün:
1 ədəd yumurtanın sarısı

Hazırlanması:
Dərin qab götürüb yumşaq kərə yağını, yumurtanı, duru yağı, qatığı, vanili, duzu və qabartma tozunu töküb qarışdırırıq.

Sonra undan az-az töküb qarışdırıb əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirdən 24 kündə düzəldirik.

Kündənin birini götürüb yayıb şəkildəki kimi içlikdən qoyub bükürük.


Çəngəl ilə yanını naxışlayırıq.

Bu şəkildə hamısını hazırlayırıq.
Soba qabına kağız sərib yığırıq.

Üzünə yumurta sarısını çəkirik.

210-220 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments