Ərzaqlar:

1 st qatıq

1/2 st duru yağ

125 q kərə yağı

2 ədəd yumurta (1 yumurta sarısı üzü üçün saxlanılır)

1 paket qabartma tozu

1/2 ç.q duz

4,5 st un

İçlik üçün:

250 q hazır bişmiş qiymə

Üz üçün:

1 ədəd yumurta sarısı

1 x.q küncüt

Hazırlanması:

İçlik üçün 250 q çəkilmiş ətə bir baş soğanı çəkib tökürük. Yağda hazır olanadək bişiririk.

Dərin bir qaba yumşaq kərə yağını, duru yağı, qatığı, duzu, qabartma tozunu və yumurtanı töküb qarışdırırıq.

Sonra üstünə az-az un töküb qarışdırıb sonra əlimiz ilə yumşaq xəmir düzəldirik.

Xəmirdən 24-25 ədəd kündə düzəldirik.

Kündənin birini götürüb əlimiz ilə uzunsov yayırıq.

İçlikdən 1 x.q qoyub bükürük. Bükülən tərəfi alta olmaqla soba qabına kağız səpib yığırıq.



Bu şəkildə hamısını düzəldirik.

Üzünə yumurta çəkib küncüt səpirik.

190-200 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments