Ərzaqlar:
Xəmir üçün:
Bu xəmir ölçüləri ilə 18-20 pide alınır. Siz istəsəniz reseptdəki ərzaqları yarı ölçü ilə götürüb 10 ədəd bişirə bilərsiniz.
6-6,5 st un
1 st ilıq süd
1 st ilıq su
1 st duru yağ
1 yumurta (sarısı üzü üçün saxlanılır)
1 ç.q duz
2 ç.q şəkər tozu
1 paket quru maya
İçlik üçün:
Hazır bişmiş qiymə
Kaşar pendir
Hazırlanması:
Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.
Sonra unu az-az töküb əvvəl qaşıqla sonra isə əl ilə qarışıdrıb yumşaq xəmir düzəldirik.
Xəmiri isti yerdə qoyuruq acıyır(1 saat)
Xəmir acımalıdır. Acımasa tələsməyin gözləyin acısın ondan sonra istifadə edin.
Xəmirdən kündələr düzəldirik.
Pendiri sürtgəcdən keçiririk.
Qiyməni soğanla duz və istiotla adi qaydada qovururuq.
Kündəni oxlovla uzununa yayırıq.
Ortasına əvvəl kaşar pendirdən səpirik. Sonra qiymədən qoyub yanlarını bərkidirik.
Qaba kağız sərib yan -yana yığırıq. Yanlarına yumurta sarısı çəkirik.
200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Pideni isti-isti süfrəyə veririk. Soyuq olanda dadlı olmur.
Nuiş olsun!