Ərzaqlar:

4 ədəd börək yuxası

300 q bişmiş qiymə (Soğanla, duz və istiot vurulub bişirilmiş)

1 ədəd yumurta

1 st süd

1/2 st zeytun yağı

1/4 st əridilmiş kərə yağı

Balaca dəstə cəfəri

1 x.q çörək otu

Hazırlanması:

Cəfərini təmizləyib, yuyub xırda doğrayıb qiyməyə qarışdırırıq.

Südü və yağları qarışdırırıq.

Qabı yağlayıb yuxanın birini səririk, südlü qarışıqdan töküb yayırıq.

İkinci yuxanı xırdalayıb tökürük. Yenə südlü qarışıqdan töküb yayırıq.

Qiyməni səpirik.

Yenə yuxadan kəsib tökürük və südlü qarışıqdan əlavə edib yayırıq.

Axırıncı yuxanı içəri doğru qatlayıb səririk.

Qalan süd qarışığını və yumurtanı üzünə sürtürük. Çörəkotu səpirik.

210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Yumuşaq olsun deyə bişdikdən sonra üstünə su çiləyə bilərsiniz.

Hazır börəyi kəsib süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments