Ərzaqlar:

400 q hazır qiymə (Az yağda soğan ilə qovrulmuş duz və istiot vurulmuş)

4 ədəd börək yuxası

1-2 ədəd yumurta

1 st süd

1/3 st zeytun yağı

4-5 x.q əridilmiş kərə yağı

1 balaca dəstə cəfəri

1 ç.q çörəkotu

Hazırlanması:

Çəfərini təmizləyib yuduqdan sonra xırda doğrayırıq və qiyməyə əlavə edirik.

Südü, zeytun yağını və yumurta ağını qarışdırırıq.

Yuxanı süd qarışığı ilə isladıb iki yerə bölürük.

Hər iki tərəfə içlikdən qoyuruq.

Bükürük və bir az sıxırıq.

Qabı yağlayıb ortadan başlayaraq dairəvi şəkildə yığırıq.

Bu şəkildə bütün yuxaları düzəldib tavaya yığırıq.

Qalan süd qarışığını və əridilmiş kərə yağını üstünə töküb yayırıq.Yumurta sarısını çəkirik çörəkotunu səpirik.

210 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Qiymə börəyimiz hazırdır.

Nuş olsun!

Comments

comments