Ərzaqlar:

500 q toyuğun döş əti
2 paket krem qaymaq ya süd
1 ədəd baş soğan
2 ç.q sarıkök
2 x.q buğda nişastası
2 x. q əridilmiş kərə yağı
Duz
İstiot

Hazırlanması:

Döş ətini yuyub xırda doğrayırıq.
Tavada öz suyunda 3-5 dəqiqə qarışdırıb bişiririk.

Suyu az qalanda soğanı xırda doğrayıb üstünə əlavə edirik. Yağ tökürük. 5-10 dəqiqə kimi bişiririk.



Sonra qaymağın birini stəkana töküb üstünə nişasta və sarıkökü əlavə edib qarışdırırıq.

Qaymağın birini isə bir başa ətin üstünə tökürük. Bu qarışığı da yeməyə əlavə edirik.

Duz istiotunu da zövqə görə əlavə edib vam odda 10 dəqiqə kimi bişiririk.
Bu yeməyin yanında qarabaşaq, düyü, makaron, bulğur və s. ilə süfrəyə verə bilərsiniz.

Nuş olsun!

Comments

comments