Ərzaqlar:

500 q 33%-li qaymaq
½ banka qatılaşdırılmış süd (190q)
1 paket vanil

Hazırlanması:

Qaymağı dərin qaba töküb mikser ilə bərkiyənədək çalırıq.

Sonra vanili və qatılaşdırılmış südü əlavə edib tam qarışanadək çalırıq.

Hazirladığımız qatılaşdırılmış süd ilə qaymağı qaba töküb soyuducunun buz gözünə qoyuruq.

Yaxşı olar ki axşamdan qoyub sabahı yeyəsiniz.

Nuş olsun!

Comments

comments