Ərzaqlar:

300 q toyuğun döş əti

4 ədəd yumurta

10 ədəd qara gavalı

2/1 st qoz ləpəsi

100 q pendir

Mayonez

Duz

Hazırlanması

Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra xırda doğrayırıq.

Qara gavalını xırda doğrayırıq. (Əgər qara gavalı bərk olsa 10 dəqiqə qaynar suda saxlayırıq).

Qozu isə ya blenderdən keçiririk ya da bıçaqla doğrayırıq.

Yumurtanın ağını sürtgəcin xırda gözündən keçiririk.

Yumurtanın sarısını sürtgəcin xırda gözündən keçiririk.

Pendiri sürtgəcin xırda gözündən keçiririk.

Bir boşqab götürürük. Toyuğun döş ətini tökürük mayonezləyirik.

Toyuğun döş ətinin üstünə yumurta sarısını əlavə edib duzlayıb mayonezləyirik.

Yumurta sarısının üstünə qara gavalını tökürük, az mayonezləyirik.

Qara gavalının üstünə pendiri səpirik və az mayonezləyirik.

Pendirin üstünə qozu töküb azca mayonezləyirik.

Qozun üstündən yumurta ağını töküb duz səpirik.

Salatı zövqə görə bəzəyirik.

Nuş olsun!

Comments

comments