Ərzaqlar:2 ədəd kabak, 2 ədəd baş soğan, 2 diş sarımsaq, 1 dolu x.q un, 2 x.q əridilmiş kərə yağı, duz, istiot, 5 st ət ya toyuq suyu
Hazırlanması:
Soğan və sarımsağı təmizləyib yuyub xırda doğrayırıq.Qazana töküb üstünə yağı və az duzu əlavə edib qovururuq.
Kabakları təmizləyib yuyub doğrayırıq.
Soğan qovrulanda kabakları əlavə edib qarışdırırıq. Üstünə unu da əlvə edib 2-3 dəqiqə qarışdırırıq.
Ət suyunu əlavə edirik. Kabaklar yumşalanadək bişiririk.
Sonra blenderdən keçiririk. Qatılığına baxırıq. Əgər qatı olsa az su əlavə edirik.
Zövqə görə duz və istiotunu da əlavə edib 2-3 dəqiqə ocaqda qarışdırıb götürürük. Hazır şorbanı isti-isti süfrəyə veririk.
Nuş olsun!
Kabak çorbası, qabaq şorbası, kabaçok, kabaçok supu, kabaçki hazırlanması,