
Ərzaqlar:

1 ədəd toyuğun döş əti
2 ədəd pomidor
1 balaca banka göy noxud
100-150 q pendir
2 yumurta
Mayonez
Duz
Hazırlanması:
Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra əlimizlə nazik uzun didirik.

Pendiri sürtgəcin böyük gözündən keçiririk.

Yumurtanı bişiririk. Soyuduqdan sonra uzun doğrayırıq.

Pomidoru 4 bölüb içini çıxardıb uzun doğrayırıq.

Yaşıl noxudu bankadan açıb yuyuruq. Bütün ərzaqları duz və mayonez töküb qarışdırırıq.

Zövqə görə bəzəyirik.

Nuş olsun!






























