Ərzaqlar:
Bu xəmirdən 2 pizza alınır.
Xəmir üçün:
2 st un
1ç.q maya
1 ç.q şəkər tozu
1/2 ç.q duz
2 x.q bitki yağı
3/4 st ilıq su
Yaymaq üçün əlavə 1-2 x.q un
Bir ədəd pizzanın üstü üçün:
4 ədəd pomidor
2-3 diş sarımsaq
2 x.q bitki yağı
75 q pendir
Duz
Istiot
Zövqə görə reyhan(təzə ya da qurusu)
Hazırlanması:
Xəmiri hazırlamaq üçün baxın: [url=http://resept.az/Mayali-pizza-xemiri-2-3825.html]Mayalı pizza xəmiri-2[/url]
Pomidorun qabığını soyub xırda doğrayırıq.
Sarımsağı əzirik.
Pendiri sürtgəcin xırda gözündən keçiririk.
Pomidoru tavaya töküb suyu çəkilənə qədər bişiririk.
Yağı əlavə edib qovururuq. Sarımsağı, duzu və istiotu əlavə edirik. 5-10 dəq qovurub götürürük.
Xəmiri oxlovla diametri 26 sm dairəvi yayırıq.
Hazırladığımız üstlüyü xəmirin üstünə yayırıq.
220 dərəcədə qızdırılmış sobada hazırladığımız pizzanı 10 dəqiqə bişiririk.
Sonra çıxarıb üstünə pendiri səpib yenidən bişməyə qoyuruq.
5-10 dəqiqə bişib götürürük.
Zövqə görə üstünə ya təzə reyhan qoyuruq, ya da reyhan qurusu səpirik.
Nuş olsun!