
Ərzaqlar:

1 balaca banka konserv olunmuş qarğıdalı
1 ədəd alma
2 ədəd pomidor
1 balaca kahı
Duz
3-4 x.q zeytun yağı
Hazırlanması:
Pomidoru yuyub kub şəkildə doğrayırıq.

Almanın qabığını soyub kub şəkildə doğrayırıq.

Kahını təmizləyib yuyub xırda doğrayırıq.

Bütün ərzaqları bir qaba töküb duzu və yağı da əlavə edib qarışdırırıq.


Nuş olsun!






























