
Ərzaqlar:

5 – 5,5 st un
200 q xama
125 q kərə yağı
1 st süd
1 ədəd yumurta + 1 ədəd yumurtanın ağı
1 paket quru maya (10q)
1 ç.q duz
1 ç.q şəkər tozu
İçlik üçün:
200 q ağ pendir
Zövqə görə istəsəniz cəfəri tökə bilərsiniz.
Üz üçün:
1 ədəd yumurta sarısı
1 x.q çörəkotu
Hazırlanması:
Unu dərin bir qaba ələyib üstünə duz, şəkər tozu, mayanı, 1 ədəd yumurtanı,xamanı və yumurta ağını tökürük.

Yağı əridirik və südü ilıq istidirik.

Sonra ilıq yağı və südü unun üstünə tökürük. Əvvəlcə qaşıqla qarışdırırıq.

Sonra əlimizlə yumşaq xəmir yoğururuq.

Xəmiri 1-2 saat isti yerdə saxlayırıq acıyır.

Xəmirdən istədiyiniz ölçüdə 40-80q aralıqda kündələr hazırlayırq.

İçlik üçün pendiri çəngəl ilə əzirik ya da sürtgəcin böyük gözündən keçiririk.

Bir kündəni götürüb əlimiz ilə 0,5 sm qalınlıqda yayıb içinə içlikdən 1 ç.q qoyub şəkildəki kimi bükürük.



Soba qabına kağız sərib poğaçaları yığırıq.

Üzünə yumurta çəkib çörəkotunu səpirik.

200 dərəcədə 30-35 dəqiqəyə bişiririk.


Nuş olsun!






























