Ərzaqlar:


1 ədəd yumurta
1 paket tez maya
1x.q şəkər tozu
1ç.q duz
1 st süd
1 st su
1/2 st duru yağ
6 st un(təqribi)

Üstü üçün:
Mayonez
Ketçup
Duz
Pendir
Tərəvəzlər
Kolbasa

Hazırlanması:

Süd ilə suyu ilıq istidib undan başqa bütün ərzaqları qaba töküb qarışdırırıq.

Ələnmiş undan az-az töküb qarışdırırıq.

Yumşaq xəmir düzəldirik. Xəmiri isti yerə qoyuruq acısın. (1 saat)


Acımış xəmiri dörd yerə bölüb kündələyirik.

Kündənin birini götürüb oxlovla 0,5 sm qalınlıqda yayırıq.

Soba qabına xəmiri yerləşdirib çəngəl ilə deşdəkləyirik.

Mayonez çəkirik.

Ketçup çəkirik.

Pendir səpirik.

Qalan ərzaqları üstünə zövqə görə yığırıq. Düz səpirik.

Yenidən üstünə pendir səpirik.

200-210 dərəcə qızdırılmış sobada bişiririk.

Nuş olsun!

Comments

comments