Ərzaqlar:


4 ədəd yumurta
2 ədəd böyük ölçülü pomidor
50 q sarı holland pendiri
3 x.q əridilmiş kərə yağı
Duz
Istiot
Zövqə görə üstü üçün təzə nanə ya da quru nanə

Hazırlanması:

Pomidorları yuyub qabığını soyub xırda doğrayırıq.

Tavaya töküb, ocağa qoyub suyu çəkilənədək bişiririk.

Suyu çəkildikdə yağı töküb 3 dəqiqə kimi qovururuq. Az duz və istiot tökürük, qarışdırırıq.

Sonra yumurtanı dərin qaba sındırıb, üstünə az duz və istiot töküb çalırıq.
Pomidorun üstünə əlavə edirik.

Bir tərəfi bişdikdən sonra çeviririk.

O biri tərəfi də bişdikdən sonra sürtgəcdən keçirilmiş pendiri üstünə səpirik. Qazanın qapağını örtürük.

Pendir əridikdə yemək hazır olacaq.

Yeməyi süfrəyə verdikdə təzə nanəni xırda doğrayıb üstünə səpirik. (quru nanə də olar)

Nuş olsun!

Comments

comments