Ərzaqlar:
4 ədəd börək yuxası
1/2 st qatıq
1/2 st duru yağ
1 ədəd yumurta
300 q ağ pendir
Balaca dəstə cəfəri
1 x.q xaş-xaş
Çörək otu
Hazırlanması:
İçliyi hazırlamaq üçün pendiri çəngəl ilə əzirik ya da sürtgəcin böyük gözündən keçiririk.
Cəfərini yuduqdan sonra xırda doğrayıb pendirin üstünə töküb qarışdırırıq. İçliyimiz hazırdır.
Yuxaları islatmaq üçün yumurta, qatıq və yağı qarışdırırıq.
Yuxaların hamısını dörd barmaq enində kəsirik.
Bir kəsilmiş yuxanı götürüb üstünə qatıqlı qarışıqdan çəkib bir başından içlik qoyub şəkildəki kimi bükürük.
Bükülmüş börəkləri kağız səpilmiş qaba yığırıq.
Üzünə qatıqlı qarışıqdan çəkib çörək otu və xaş-xaş səpirik. (küncüt də səpə bilərsiniz.)
180-200 dərəcə qızdırılmış sobada qızaranadək bişiririk.
Nuş olsun!