Ərzaqlar:

200 q Pekin kələmi

2 ədəd xiyar

2 ədəd yumurta

5 x.q mayonez ya da xama

Balaca dəstə şüyüd

Duz

Hazırlanması:

Kələmi yuyub xırda doğrayırıq.

Xiyarın qabığını soyub dörd bölüb doğrayırıq.

Yumurtanı suda bərk bişiririk. Soyuduqdan sonra təmizləyib doğrayırıq.

Doğradığımız ərzaqları bir qaba tökürük. Üstünə təmizlənib yuyulmuş şüyüd doğrayırıq.

Mayonez və duz əlavə edib qarışdırırıq.

Salatımız hazırdır.

Nuş olsun!

Comments

comments