Ərzaqlar:

200 q ət, 3 ədəd kartof, 3 ədəd yumurta, 2 ədəd kök (orta ölçülü), 2 ədəd tər xiyar(orta ölçülü), 2 ədəd turşu xiyar(orta ölçülü), 200 q göy noxud, 200 q xama, 3-4 x.q mayonez, göy soğan balaca dəstə, şüyüd balaca dəstə, duz, istiot

Bəzədilməsi üçün:
Şüyüd, nar, pomidor, göy noxud, kök və s. (Rəngli bibər də götürə bilərsiniz)

Hazırlanması:

Əti suda bişiririk. Suyuna az duz tökürük. Bişdikdən sonra soyudub xırda doğrayırıq.Kartof, kök və yumurtanı bişirib təmizləyirik. Soyuduqdan sonra hər birini xırda doğrayırıq.Təzə xiyarı və turşu xiyarı xırda doğrayırıq.Göyərtiləri təmizləyib yuyub xırda doğrayırıq. Göy noxudu suda yuyub, suyunu süzüb, doğranmış tərəvəzlərin üstünə tökürük. Duz və istiot töküb qarışdırırıq.Xamanın hamısını və 3-4 x.q mayonezi əlavə edib qarışdırırıq. Zövqə görə duz istiotuna baxırıq. Lazım gəlsə əlavə edirik.Qarışığı qaba yolka şəklində yığırıq.Zövqə görə bəzəyirik.

Nuş olsun!

stolişni, stolichniy, paytaxt salatı necə hazırlanır, stalişni hazırlamaq, stolichni salat hazır, 

Comments

comments