Azərbaycanın milli xörəklərindən biridir.

Ərzaqlar:

1 st quru paxla

3 ədəd baş soğan

2 x.q əridilmiş kərə yağı

5-6 ədəd alça turşusu

1 x.q un

1 ədəd yumurta

Keşniş

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra xırda doğrayırıq.

Yağ və duz əlavə edib qızılı rəngdə olana qədər qızardırıq.

Quru paxlanı qabaqcadaan bir neçə saat suda saxlayırıq. Sonra suda tam bişiririk.

Soyumuş paxlanı ət çəkən maşımdan iki dəfə keçiririk. Çəkilmiş paxlanın üstünə unu əlavə edib qarışdırırıq.

Qazana 2 l su töküb çəkilmiş paxlanı suda həll edirik. Qaynamağa başlayanda turşuları əlavə edirik və kəfini yığırıq.

Qatılaşmağa az qalmış qovurduğumuz soğanı töküb qarışdırırıq.10-15 dəqiqə qaynadıqdan sonra yumurtanı çalıb tökürük. Yeməyi qarışdırıb 3-5 dəqiqə də qaynadırıq. Duz, istiotunu və xırda doğranmış keşnişi əlavə edib yeməyi odun üstündən götürürük.

Nuş olsun!

Comments

comments