Ərzaqlar:
1 balaca banka göy noxud
200 q ət (qoyun ya da mal əti)
4 ədəd yumurta
2 ədəd kartof
4 balaca tutma xiyar
2 balaca baş soğan
Duz
Mayonez
Hazırlanması
Suya duz töküb əti bişiririk..Soyuyandan sonra xırda doğrayırıq.
Kartof ilə yumurtanı suda bişiririk. Soyuduqdan sonqa qabığını təmizləyirik. Xırda dörd künc doğrayırıq.
Yumurtanı xırda doğrayırıq.
Soğanı doğrayırıq.
Qaynar suda soğanı 10 dəqiqə saxlayıb sonra soyuq suda soyuduruq və süzürük.
Tutma xiyarı xırda dörd künc doğrayırıq.
Kartofu, əti, soğanı, göy noxudu, yumurtanı və xiyarı duz töküb qarışdırırıq.
Mayonezləyirik.
Zövqə görə bəzəyirik.
Nuş olsun!