Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:
250-300 q çəkilmiş qoyun əti
1/2 st noxud
1 baş soğan
1/3 ç.q sarıkök
1 x.q nanə qurusu (ya da təzə keşniş)
Duz
Istiot
3-3,5 l su ya da ət suyu
Xəmir üçün:
2 st un
1/3 ç.q duz
1 ədəd yumurta
1/2 st ilıq su
Yuxanı yaymaq üçün əlavə 2-3 x.q un
Hazırlanması:
Noxudu qabaqcadan islağa qoyub sonra adi qaydada suda bişirib qabığını təmizləyirik.
Soğanın qabığını soyub yuduqdan sonra ət maşınından ətlə bərabər keçiririk. Ətə duz, istiot və sarıkök vurub yaxşı qarışdırırıq.
Ələnmiş una yumurta, duz və ilıq suyu töküb normal xəmir yoğururuq.
Xəmirdən iki kündə düzəldirik.
Kündənin birini götürüb az un səpib nazik yuxa yayırıq.
Yuxanı 2×2 sm enində kəsirik.
Hər balaca kvadrata az ət qoyuruq.
Birini əlimizə alıb kvadratı uç-uca sonra isə yanlarını birləşdiririk.
Bu şəkildə iki yuxanın ikisini də yayıb kəsib bükürük. Düşbərələri bükdükdə zövqə görə un vura bilərsiniz. Un vurduqda suyu bulanıq və qatı olur.
Suyu ya da ət suyu qaynamağa başlayanda düşbərələrimizi tökürük. Düşbərələri tökdükc qarışdırın ki, bir-birinə yapışmasın.
Yeməyin suyu qaynayıb düşbərələr üzünə yığışanda 5-10 dəqiqə də bişirib götürürük. Bişməyə 10 dəqiqə qalmış bişmiş noxudu yeməyə əlavə edirik.
Hazır olmağa az qalmış nanə qurusu, duz və istiot tökürük.
Zövqə görə düşbərəni süfrəyə verəndə yanında sarımsaqla sirkə qoyulur. (Sarımsaq əzilib sirkə ilə qarışdırılır.)
Nuş olsun!