Ərzaqlar:

1 kq toyuq əti

10 ədəd kartof

2 ədəd baş soğan

3 x.q nar turşusu (şərab)

3-4 x.q birki yağı

Duz

Istiot

Hazırlanması:

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.

Kartofun qabığını soyub yuyub uzunsov doğrayırıq.

Toyuğun ətini təmizləyib yuyuruq. İki qab götürürük. Bir qaba toyuğun ətini tökürük. O biri qaba doğradığımız kartofu tökürük.

Hər ikisinə doğranmış soğan, bitki yağı, turşu, duz və istiot töküb yaxşı qarışdırırıq.

Qarışığı soba torbasına hər ikisindən qoyaraq doldururuq.

Torbanın ağzını bağlayırıq.

200 dərəcədə qızdırılmış sobada 1 saat bişiririk. Sonra toyuq ətinin və kartofun qızarması üçün torbanı üstdən kəsirik. Bir üzü qızaran kimi o biri üzünü də çevirib qızardırıq. Yemək hazırdı.

Yeməyi qaba yığıb zövqə uyğun bəzəyib, süfrəyə veririk.

Nuş olsun!

Comments

comments