Ərzaqlar:
2 ədəd nar
3 baş soğan
Duz
Hazırlanması:
Soğanı iki bölüb nazik doğrayırıq.
Narı dənələyirik.
Doğranmış soğana duz töküb əlimizlə bir az sıxırıq
Soğana narı əlavə edib kartof əzənlə ya da stəkanın altı ilə əzirik.
Nar soğan, Azərbaycan mətbəxində qədimdən qalma quru yeməklərlə yeyilən salat növüdür. Ən çox balıq qızartması ilə yeyilir.
Nuş olsun!