Ərzaqlar:
1 toyuğun döş əti
1 ədəd kartof
2 ədəd yumurta
1 ədəd kök
150 q pendir
Mayonez
Duz
Hazırlanması:
Toyuğun döş ətini duz töküb suda bişiririk. Soyuduqdan sonra əlimiz ilə uzun liflərə bölürük.
Pendiri sürtgəcin balaca gözündən keçiririk.
Kartofu, kökü və yumurtanı suda bişirib soyuduqdan sonra qabığını soyub sürtgəcin böyük gözündən keçiririk.
Düz qab götürüb (zövqə görə bəzək üçün altına kahı yarpaqları qoymuşuq) 1-ci kartofu töküb yayırıq.
Duz səpib mayonezləyirik.
2-ci kökü töküb duz səpib mayonezləyirik.
3-cü toyuq ətini töküb mayonezləyirik.
4-cü yumurtanı töküb duz səpib mayonezləyirik.
5-ci pendiri səpirik. Salatımız hazırdı.
Nuş olsun!