Ərzaqlar:

1 st qırmızı mərci

1 st yaşıl mərci

3 x.q əridilmiş kərə yağı

2 ədəd orta baş soğan

1 ədəd kök

3 diş sarımsaq

1 x.q pomidor məti

2 l ət ya da toyuq suyu

Duz

Istiot

Limon

Hanə qurusu

Hazırlanması:

Mərçiməkləri təmizləyib yuyub suda 4-5 saat saxlayırıq.

Sonra suyun üstünə ət ya toyuq suyunu əlavə edib bişməyə qoyuruq. Mərcimək bişdiyi müddətdə soğanı soyub yuyub xırda doğrayırıq.

Doğranmış soğanı tavada yağda qızılı rəngdə qızardırıq. Sarımsağı təmizləyib yuyub xırda doğrayıb soğanın üstünə əlavə edirik. Kökü təmzləyib yuyub xırda doğrayırıq. Kökü də soğan qovurmasına əlavə edirik. Pomidor mətini də töküb qarışdırırıq.

2-3 dəqiqə qarışdırıb az ət suyundan töküb vam odda bişməyə qoyuruq.

Kök bişdikdə soğan qovurmasını mərcinin üstünə əlavə edirik. Duz və istiotunu da əlavə edirib bişməyə qoyuruq. Qatı olsa əlavə su tökə bilərsiniz.

Hazır olmağa 15 dəqiqə qalmış blenderdən keçiririk. Yenidən ocağa qoyub bişirib götürürük.

Nuş olsun!

Comments

comments