Ərzaqlar:
4 st un
2 ədəd yumurta
1/2 ç.q duz
2 ç.q sirkə
1st ilıq su (təxminən)
400 q kərə yağı
Yağa və yaymağa əlavə un
Hazırlanması:
Una yumurta, duz, sirkə və su əlavə edib normal xəmir yoğururuq.
Xəmirin üstünə sellofan örtüb 20-30 dəqiqə saxlayırıq.
Yağı iki hissəyə bölürük. Hər bir hissə 200 qram olmaq şərti ilə yumşalmış yağın üstünə 2-3 x.q un töküb əlimizlə az əzib yayırıq.
Xəmiri iki hissəyə bölüb hər bir hissəsini yuxa kimi yayıb 1 sm qalınlıqda açırıq. Hər iki yuxanın ortasına hərəsinə 200 qram əzdiyimiz yağı qoyuruq. Hər iki xəmiri eyni qayda ilə hazırlayırıq.
Şəkildəki kimi bükürük.
(Xəmiri yayarkən ehtiyatla yaymaq lazımdır ki, yağı içindən çıxmasın)
I dəfə:
Bükülmüş xəmiri 1 sm qalınlıqda yayıb aşağıdakı şəkildəki kimi büküb sellofanın içinə qoyub 10-15 dəqiqə soyuducuda saxlayırıq.
II. dəfə
Xəmiri çıxardıb eyni qayda ilə yayıb bükürük yenə 20 dəqiqəlik soyuducuya qoyuruq.
III. dəfə
Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.
IV. dəfə
Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.
V. dəfə
Bir də xəmiri eyni qaydada yayıb bükürük yenə 10-15 dəqiqəlik soyuducuya qoyuruq.
VI. dəfə
Xəmiri soyuducudan çıxarıb 0,5 sm qalınlıqda yayıb istədiyiniz növdə şirniyyatlar və s. bişirə bilərsiniz.
Nuş olsun!