Ərzaqlar:

6-6,5 st un

1 st ilıq süd

1 st ilıq su

1 st duru yağ

1 yumurta (sarısı üzü üçün saxlanılır)

1 ç.q duz

2 ç.q şəkər tozu

1 paket quru maya

Hazırlanması:

Undan başqa bütün ərzaqları dərin bir qaba töküb qarışdırırıq.

Sonra unu az-az töküb əvvəl qaşıqla sonra isə əl ilə qarışıdrıb yumşaq xəmir düzəldirik.


Xəmiri isti yerdə qoyuruq acıyır(1 saat)

Xəmir acımalıdır. Acımasa tələsməyin gözləyin acısın ondan sonra istifadə edin.

Bu xəmirdən (25 ədəd) poğaça, (18-20 ədəd) pide, və s bişirə bilərsiniz.

Nuş olsun!

Comments

comments