Ərzaqlar:
4 st un
1 ədəd yumurta
2 x.q şəkər tozu
4 x.q bitki yağı
1 ç.q quru maya
1/2 ç.q duz
1 st ilıq su ya da süd
Hazırlanması:
Unu ələyib bir qaba töküb ortasını aralayırıq. Üstünə şəkər tozunu və duzu səpirik.
Ortasına yumurtanı sındırırıq və bitki yağını tökürük.
Quru mayanı suda çalıb, açırıq, köpüklənir sonra onu da yumurtanın üstünə əlavə edirik.
İlıq suyu üstünə töküb, əvvəl qaşıqla sonra əlimiz ilə qarışdırıb, yumşaq xəmir yoğururuq.
Xəmirin üstünə klyonka çəkib, dəsmal qoyub, acıması üçün üstünü örtürük.
2 saata xəmir acıyacaq.
Xəmirdən 3 kündə düzəldirik. Xəmiri yayanda diametri 30 sm olacaq.
Nuş olsun!