Ərzaqlar:

500 q xırda doğranmış qoyun əti

3 st üzün düyü

1 st yaşıl mərci

3 x.q əridilmiş kərə yağı

3 ədəd baş soğan

Ç.q ucunda darçın

Ç.q ucunda zəfəran

Duz

Istiot

Qazmaq üçün:

3 x.q qatıq

1 ədəd yumurta

Hazırlanması:

Mərcini təmizləyib yuyub 2-3 saat suda islağa qoyuruq. Sonra bir də yuyub duzlu suda yarımhazır vəziyyətdə bişiririk. Süzüb sudan çıxarırıq.

Düyünü də təmizləyib yuduqdan sonra suda islağa qoyuruq. Zəfəranıın üstünə qaynar su töküb dəm almağa qoyuruq. Qatığı yumurta ilə qarışdırırıq.

Adi qaydada duzlu suda düyünü yarımhazır vəziyyətdə bişiririk. Süzmək istədikdə mərcini düyünün üstünə əlavə edib qarışdırıb bir yerdə süzürük.

Üstünə zəfəran suyu tökürük.

Qazana az yağ töküb əridirik.Süzülmüş düyüdən töküb qatıq ilə yumurta qarışığını da əlavə edib qarışdırırıq.Qazanın dibinə qalınlığı 1 sm yayıb hamarlayırıq.

Düyü ilə mərci qarışığını qazmağın üstünə töküb yağ əlavə edib dəm almağa qoyuruq. Plov 1 saata dəm alacaq.

Aşın üstü üçün əti duzlu suda bişiririk. (Bəzən də əti duzlayıb istiotlayıb yağda qızardıb üstünə az su ya bulyon əlavə edib bişiririk.Yağa düşəndə ədəvaları vururuq.)

Soğanın qabığını soyub yuduqdan sonra doğrayırıq.

Doğranmış soğanın üstünə duz və yağ əlavə edib qızılı rəngdə olanadək qızardırıq.

Sonra bişmiş əti soğanın üstünə əlavə edib qovururuq. Hazır olmağa az qalmış duzunu, istiotunu, darçını və az zəfəran suyunu da əlavə edirik.

Əti qovurduqdan sonra dəm almış düyünü qaba təpəcik şəklində yığıb üstünə qazmaq və ətdən töküb qaynar yağ əlavə edib zövqə görə bəzəyib süfrəyə veririk.

Qeyd: Bu plovda ət ilə bərabər kişmiş də yağda qovrulub yeyilir.

 

 Nuş olsun!

Comments

comments