
Ərzaqlar:

1 dəstə reyhan
1 ədəd limon
6 st su
6 x.q şəkər tozu
Hazırlanması:
Reyhanı təmizləyib yuyub qaba tökürük.
Üstünə limonun suyunu sıxırıq. Şəkər tozunu əlavə edib 2 stəkan qaynar su töküb qarışdırırıq.

Şəkər tozu əridikdən sonra qalan suyu da əlavə edib qarışdırırıq.

Soyuduqdan sonra süzgəcdən keçirilir. Şərbət süfrəyə soyuq halda verilir.

Nuş olsun!






























