Ərzaqlar:
4 st qaynamış su
5-6 x.q şəkər tozu
4 ədəd limon
10-12 ədəd keşniş ya da hil toxumu
Bir çimdik zəfəran
Hazırlanması:
Suya şəkər tozunu töküb qazın üstündə qaynamağa qoyuruq.
Qaynamaq istəyəndə keşniş toxumunu və zəfəranı əlavə edirik.
Şirəni odun üstündən götürürük qoyuruq soyuyur.
Limonları yuyub iki bölüb sıxıb suyunu çıxardırıq.
Soyumuş şirəyə limon suyunu töküb qarışdırırıq.
Şərbəti tənzifdən süzürük.
Şərbəti soyuq yerdə saxlayırıq.
Süfrəyə soyuq halda verilir.
Nuş olsun!