Azərbaycan lavaşı (yuxası)

Yayılmış çiy yuxa təndirdə ya da sac üstündə bişirilir. Lavaşın (yuxanın) zonalarımız üzrə ölçüləri də müxrəlifdir.

Ərzaqlar:

1kq un

1.ç.q quru maya

1ç.q dolu duz

Ilıq su (aparanadək)

Yuxaları yaymaq üçün əlavə un

Hazırlanması:

Mayanı az ilıq suda çalıb qoyuruq. 10-15 dəqiqə saxlayırıq.

Dərin bir qaba unu ələyib ortasını aralayıb üstünə islanmış mayanı, duzu və ilıq suyu az-az töküb qarışdırırıq. Normal xəmir yoğururuq.

Xəmirin üstünü örtüb isti yerdə saxlayırıq. 2-2,5 saat saxlayırıq acısın.

Acımış xəmiri uzununa uzadıb 10-15 yerə bölürük. Lavaşın(yuxanın) kündəsini sacınızın və ya təndirinizin ölçüsünə görə azaldıb artıra bilərsiniz.


Bölünmüş xəmirləri kündəliyirik.

Kündənin birini götürüb oxlovla nazik yuxa yayırıq.



Yayılmış yuxanı qızdırılmış sacın üstündə hər iki üzünü bişiririk.


Bişmiş lavaşları (yuxaları) üst-üstə yığıb üstünü örtürük. Bişmiş lavaşı (yuxanı) kloka qoyduqda yumşaq qalır. Uzun müddətli saxladıqda isə quru saxlayıb süfrəyə verməzdən əvvəl isladıb sonra süfrəyə verilir.

Nuş olsun!

Comments

comments