Ərzaqlar:

5 ədəd yumurta

2 x.q əridilmiş kərə yağı

Keşniş, şüyüd, nanə, göy soğan

Duz

İstiot

Hazırlanması:

Göyərtiləri təmizləyib yuduqdan sonra doğrayırıq.

Yumurtanı sındırıb duz istiot töküb çalırıq.

Yumurta ilə göyərtini yaxşı qarışdırırıq.

Yağı tavaya töküb qızdırırıq.

Yumurta ilə göy qarışığını yağa tökürük və tavanın qapağını qoyub vam odda bişiririk.

Bir tərəfi qızardıqdan sonra o biri tərəfini çeviririk. Hər iki üzünü qızardırıq.

Nuş olsun!

Comments

comments