
Azərbaycanın milli xörəklərindən biridir.
Ərzaqlar:

600 q çəkilmiş qoyun ya da mal əti
4 ədəd baş soğan
3 ədəd kartof
1/2 stəkan yumru düyü
2 xörək qaşığı ərinmiş kərə yağı
2 ç.q tomat
10 ədəd balaca alça turşusu
1 x.q quru nanə (təzə nanə olsa balaca dəstə )
Duz
İstiot
Hazırlanması:
2 soğanı sürtgəcin xırda gözündən keçirib ət ilə qarışdırırıq. (soğanı ət maşınından da keçirə bilərsiniz)

Ətə duz, istiot və düyünün 1/3 hissəsini yuyub tökürük. Yaxşı qarışdırırıq.

Ətdən əlimiz ilə balaca yumrulayırıq. Ortasına turşu qoyuruq. Turşu ətin ortasında qalır.


Eyni şəkildə 10 ədəd yumru düzəldirik.

2 soğanı xırda doğrayırıq. Qazana töküb yağ duz əlavə edib qovururuq.Soğan qızılı rəngdə olanda tomatı əlavə edib az qovururuq.

Üstünə qaynamış qaynar su tökürük. Suya 1 ç.q duz əlavə edib qarışdırırıq.

Hazır ət yumtularını suya bir-bir əlavə edirik. 10 dəqiqə qaynayan kimi qalan düyünü töküb qarışdırırıq.

Kartofları yarı bölürük.
Yemək 10-15 dəqiqə qaynadıqdan sonra kartofları əlavə edirik.

Kartof tam bişəndə nanə qurusunu əlavə edib qarışdırıb yeməyi götürürük.

Nuş olsun!





























