Ərzaqlar:
4 ədəd hazır yuxa, 1 st süd, 1/3 st bitki yağı (İstəsəniz əlavə olaraq 1-2 x.q ərinmiş kərə yağı da tökə bilərsiniz.), 2 yumurta (sarısı üzünə), küncüt
İç:
Kolbasa, pendir
Hazırlanması:
Südü, yağı və yumurta ağını çalırıq.Yuxanın birini sərib südlü qarışıqdan isladırıq.İkinci yuxanı qoyuruq. Onu da südlü qarışıqla isladırıq.İslanmış yuxanı səkkiz hissəyə bölürük.
Pendir ilə kolbasanı yuxanın enlı tərəfinə düzürük.Enli tərəfdən başlayaraq yuxanın yanlarını içəri verib rulon kimi bükürük.
Qaba kağız sərib, börəkləri yığırıq. Üstünə yumurta çəkib, küncüt səpirik.220 dərəcədə qızdırılmış sobada üzü qızaranadək bişiririk.Qalan iki yuxanı da eyni qayda ilə düzəldirik.Nuş olsun!
kolbasa, borek, borek nece hazirlanir, boreyin hazirlanmasi, pendirli borek