Ərzaqlar:

600 q toyuğun döş əti
100 q kərə yağı
Duz
İstiot
2 ədəd yumurta
5-6 x.q un
8-9 x.q suxarı
Qızartmağa duru yağ

Hazırlanması:

Toyuğun döş ətini doğrayıb yuyuruq.
Ət maşınından keçiririk.
Üstünə zövqə görə duz və istiot tökürük.

Əlimiz ilə yaxşı qarışdırırıq.
Yumurtanı bir qaba sındırıb az duz töküb çalırıq. Suxarını və unu ayrı–ayrı qablara töküb yayırıq.

Yağı 16 yerə bölüb kəsirik.

Küftə boyda ətdən götürüb yumurulayırıq.
Sonra qaba qoyub yayırıq.

Yağdan içinə qoyub bükürük. Elə bükmək lazımdır ki yağ çöldə olmasın.


Bükdükdən sonra birinci una batırırıq.

Sonra hər bir tərəfini yumurtaya batırırıq.

Sonra suxarıya batırırıq.

Tavaya yağ tökülüb qızdırıb hazır kotleti qoyuruq.

Bu şəkildə hamısını hazırlayırıq. 8 ədəd kotlet alınacaq.

Kotletin hər bir üzünü qızardırıq.

İsti-isti süfrəyə veririk.

Nuş olsun!

Comments

comments