Ərzaqlar:

500 q çəkilmiş qoyun əti, 2 ədəd baş soğan, 6-7 ədəd kartof, 6-7 ədəd pomidor, 6 diş sarımsaq, 1 ədəd yumurta, 100 q kaşar ya da holland pendiri, qızartmaq üçün duru yağ, duz, istiot

Hazırlanması:

Çəkilmiş ətin üstünə 3 diş sarımsaq il 2 ədəd baş soğanı blenderdən çəkib tökürük. Yumurtanı və zövqə görə duz və istiotu töküb qarışdırırıq.Tavada yağı qızdırıb, əti kotlet şəklinə salıb qızardırıq.Kartofun qabığını soyub yuduqdan sonra doğrayıb yağda qızardırıq. Duz və istiot vururuq.Pomidoru yuyub qabığını soyub xırda doğrayırıq. Tavada bişiririk suyu çəkildikdə üstünə 3 diş sarımsağı xırda doğrayıb əlavə edirik. Yağı töküb qarışdırırıq. Zövqə görə duz və istiotunu tökürük. 5 dəqiqə qarışdırırıq.Qaba kotletlərdən qoyub kartof töküb sonra pomidor şirəsində əlavə edirik.220 dərəcə qızmış sobaya yeməyi bişməyə qoyuruq. Yemək qaynamağa başlayanda sobadan çıxarıb pendiri sürtgəcdən keçirib üstünə səpirik.Yenidən sobaya qoyuruq. Pendir əriyib az qızaranda yeməyi sobadan çıxardırıq.Yeməyi isti-isti süfrəyə veririk.

Nuş olsun!

sobada kotlet nece hazirlanir, kiremit qabda yemek hazirla

Comments

comments