Ərzaqlar:
Bilinçik üçün:
2,5 st süd
1 st un
2-3 ədəd yumurta
1/2 x.q şəkər tozu
1/4 x. q duz
1 x.q bitki yağı
Qızartmaq üçün:
5-6 x.q b.yağı
Tavanı yağla silmək üçün:
Pambıq
İçlik üçün:
200 q pəhriz kəsmiyi
1 x.q xama
1/2 st kişmiş
2 x.q şəkər tozu
1/4 limon
Qeyd: Yuxarıda göstərilən blinçik reseptinə görə 28-30 ədəd blinçik alınır. Bu içliyə görə isə 14-15 ədəd blinçiki bükmək olar. İstəsəniz blinçikin reseptini yarı azalda ya da içliyi iki dəfəyə artıra bilərsiniz.
Hazırlanması:
Bilinçiki hazırlamaq üçün bax: [url=http://resept.az/Blincikin-hazirlanmasi-2161.html]Blinçikin hazırlanması[/url]
İçliyi hazırlamaq üçün kişmişi yuyuruq. Kəsmiyi, şəkər tozunu, xamanı və kişmişi qarışdırırıq. Limonu sıxıb şirəsini qarışığa əlavə edib qarışdırırıq. İşlik hazırdı.
Hazır bilinçiklərin birini götürüb içinə 1 x.q dolu içlik qoyub adi bilinçik kimi bükürük.
Bükülmüş bilinçikləri yağda hər iki üzünü qızardırıq.
Nuş olsun!