
Ərzaqlar:

200-300 q kələm
2 ədəd kök
1 dəstə cəfəri
3-4 x.q zeytun yağı
Duz
Hazırlanması:
Kələmi yuduqdan sonra nazık doğrayırıq.

Kökü təmizləyib yuyub sürtgəcin böyük gözündən keçiririk.

Cəfərini təmizləyib yuyub xırda doğrayırıq.

Bütün ərzaqları duz və yağ töküb qarışdırırıq.

Salatımız hazırdır.

Nuş olsun!






























