Ərzaqlar:

1-1,5 kq kələm

1 kq ət (qoyun ya da mal)

1/2 st yumru düyü

3 ədəd baş soğan

2 x.q tomat ya da 2-3 ədəd pomidor

2 x.q əridilmiş kərə yağı

1 dəstə (keşniş, şüyüd, reyhan (veya quru reyhan))

Duz

İstiot

Hazırlanması:

Ət ilə soğanı ət maşınından keçiririk. Əgər hazır qiyməniz varsa, soğanı sürtgəcdən keçiririk.

Düyünü yuyuruq və göyərtiləri xırda doğrayırıq. Qiyməyə soğan, düyü, tomat ya da xırda doğranmış pomidor, göyərti, yağ, zövqə görə istiot və duz vurub, qarışdırırıq.

Kələmi qaynar suda pörtüb, yarpaqlarını ayırırıq.

Kələmin hər bir yarpağının orta zoğunu kəsib eyni ölçüdə bölürük.

Kələm yarpağının içərisinə qiymə qoyub, şəkildəki kimi bükürük.

Qazana yığılır, ortasına boşqab qoyulur və üzərinə su tökülür.

Əvvəlcə gur odda qaynayan kimi kəfi yığırıq. Sonra orta odda bişməyə qoyulur.

Suyu çəkilib yağa düşəndə dolmamız hazırdır.

Nuş olsun!

Comments

comments