Ərzaqlar:
2 kq böyük tikələrə bölünmüş ət
4 ədəd pomidor
2 ədəd şirin bibər
4-5 ədəd orta ölçülü baş soğan
Duz
Istiot
Hazırlanması:
Soğanın qabığını soyub yuduqdan sonra halqa doğrayırıq.
Pomidoru yuyub halqa doğrayırıq.
Bibəri təmizləyib yuyub halqa doğrayırıq.
Əti təmizləyib yuyub duz və istiot vurub qazanın dibinə yığırıq.
Ətin üstünə soğanı tökürük.
Bibəri soğanın üstündən düzürük.
Bibərin üstündən pomidoru düzürük.
Duz və istiot və 1 st su əlavə edib vam odda bişməyə qoyuruq. Suyu çəkilib yağa düşəndə yemək hazır olacaq.
Yeməyi isti-isti süfrəyə veririk.
Nuş olsun!