Ərzaqlar:

4 ədəd hazır börək yuxası
4-5 ədəd kartof
2 ədəd baş soğan
1/2 st duru yağ(qarğıdalı ya zeytun)
1 st süd
1 x.q əridilmiş kərə yağı
1 ədəd yumurta
Duz
İstiot
Çörəkotu və küncüt

Hazırlanması:

Əvvəlçə içliyi hazırlayırıq.
Kartofun qabığını soyub yuyub suda bişiririk.
Soğanın qabığını soyub yuyub xırda doğrayırıq.
Üstünə kərə yağını əlavə edib qovururuq.
Kartofu əzib soğanla qarışdırırıq. Zövqə görə duz və istiotunu tökürük.
İçlik hazırdır.
Yuxaları islatmaq üçün südü duru yağı və yumurta ağını çalırıq.

Yuxaları 4 yerə bölürük.

Birini götürüb südlü qarışıqla isladırıq.

İçlikdən qoyuruq.

Şəkildəki kimi bükürük.

Hamsını bu şəkildə hazırlayıb soba qabına yığırıq.

Üstünə qalan süd qarışığını çəkib yumurta sərısını çəkirik.
Çörək otu və küncütü də səpib bişməyə qoyuruq.

210 dərəcə qızdırılmış sobada üzü qızaranadək bişiririk.

Nuş olsun!

Comments

comments